Iqor Koxanovskiyo
Dostum gedir Maqadana - Gülür üzü-gözü, gedir. Yox! Yozmayın ayrı yana; Özü gedir! Özü gedir! Nə açığa-zada düşüb, Nə bəxtindən küsüb gedir. Eh, Maqadan yada düşüb: Özü gedir! Özü gedir! Kimsə dedi birdən çaşıb: "inadmdan əl çək, qoçaq! - Maqadanda addım başı At oynadır quldur-qaçaq..." "Sən dediyin qaçaq-quldur Moskvada daha boldur!" - Deyib onu qorxudana Çıxıb gedir Maqadana. Amma özüm... Niyə danım? - Niyə girim başqa dona? - Qorxumdanca vallah, canım, Mən getmərəm Maqadana. (Eh, bəlkə də dostum ilə Çıxıb getsəm Maqadana, Yatan bəxtim üzə gülər - Duyğularım gələr cana). Onu ora salıb yola Sözdən çələng toxuyaram. Asta-asta, bala-bala. Maqadandan oxuyuram. Nəyə görə gözüm dolsun? - Gülür üzü-gözü, gedir. Uğur olsun! Uğur olsun! - Özü gedir, özü gedir.
© Namizəd Xalidoğlu. Tərcümə, ?