Gəmilər üzər gedər,
Və qayıdar sahilə.
Mən də gedib gələrəm,
Uzağı yarım ilə...
Yaxşı dost, vəfalı yar,
Qorx ki, getsə qayıtmaz,
Mən bəxtə inanmıram,
Özümə ondan da az...
Gələrəm yarım ilə,
Deməyin ki, “qayıtmaz”,
Yarımca il gözləyin,
Bəlkə lap ondan da az.
|