Avara, sərgərdan dolaşdıqca mən,
Hiss etdim, gün-gündən yaxşılaşıram.
Zəhirmar bir qüssə çıxdı önümə,
O gündən sevincdən uzaqlaşıram.
Şəhərləri gəzdim, görmədim onu,
O isə həsrətlə gözlədi məni.
Harda və necədir bu yolun sonu?
Mən özüm goşuldum, ona bilmədim.
Tısbağa misalı, çəkilsəm qına,
Özüm öz gulumam, özüm öz ağam.
Öküz kimi girdim kotan altına,
Sonunda torpağa qarışacağam.
Nə böhtan atıram, nə şərlə varam,
Qəhər boğur məni, dolub daşıram.
Sıldlrım qayadan yuvarlanıram,
Tərəddüd içində yamanlaşıram.
Bəxşiş et taleyim, ya pula tapın,
Yaşantım boyunca xərac ödərəm.
Qəm qüssə içində, sönür həyatım,
Bu dünya nəmişlik, həyatım vərəm.
Səhərlər qovuram, getmək bilmir o,
Gecələr mənimlə, baş-başa yatır.
Get bir başqasına, bir gün qonaq ol,
Bir an qisqanmaram belə büsatı!
|