Əyri güzgülərə baxirmiş kimi,
Gülürəm, kim isə dolamiş məni.
Qulağa uzatmiş gülüş çənəmi,
Burunsa tərk etmiş sanki yerini.
Üzük qaşi kimi sarib çevrəmi,
Dartib ortaliğa rəqs eləyirlər.
Normal sifətimi görəndə mənim,
Nədənsə üz deyil, maska bilirlər.
Konfetti yağişi, maskali üzlər,
Nədənsə baxirlar mənə bayaği.
Deyirlər yavaş ol, taktini gözlə,
Yavaş, tapdalama yenə ayaği.
Onlarla rəqs edib əylənim birgə?
Yoxsa qaçim gedim? qəlbim inləyir.
Heyvan maskalari altinda bəlkə,
Gerçək insanlarin üzü gizlənir.
Hər kəsin başinda pariki şümşad,
Bu yalan, iftira gözümü yorur.
Solumda qüssəli arlekin, cəllad,
Sağimda başiboş bir təlxək durur.
Kiminin sifəti ağara qalir,
Kimisi gizləyir üzün dünyadan.
Kimisi öz üzün dəyişik salir,
Hər zaman geydiyi süni maskadan.
Qəhqəhə çəkirəm mən də həyasiz,
Ancaq şübhələrim bir an ovunmaz.
Qorxuram birinə cəllad maskasi,
Xoş gələr, bir daha onu soyunmaz.
Birdən arlekinə kədər gələr xoş,
Qüssəli üzünə vurular hədər.
Birdən öz üzünü təlxək-başiboş,
Geydiyi maskada unudub gedər.
Insan arayiram mən bu saatda,
Gerçək üz başkadir, maskasa başka.
Qorxuram maskalar atilsa altdan,
Yarimüz görünər, ya yarimmaska.
Xeyirxah üzlərə maska geyməyək,
Vicdanli insanlar üzə dik baxsin.
Hər kəs üzü daşa dəyməsin deyə,
Öyrəşib hər səhər maskasin taxsin.
Aradim, soruşdum, bilmədim qorxu,
Maskalar aləmin öyrəndim bir az.
Laqeydlik maskasi taxir ki çoxu,
Kimsə tüpürməsin, vurmasin qapaz.
|