Gəmilər üzürlər, uzaqlaşırlar
Yenə bu limana yaxınlaşırlar
Yarım il keçməmiş mən də dönərəm
Sonra yarım ilə yenə gedərəm.
Amma nə yazıq ki, hamı qayıdar Yaxşı yoldaşlardan, dostlardan başqa
Bir də ki dönmürlər ən etibarlı Sevib oxşadığın gözəl qadınlar
Taleyə, özümə mən inanmıram
İnandım, inanmadım Taleyi də danmıram.
İnanmaq istərəm - hər şey dəyişər
Gəmilər yandırmaq dəbdən tez düşər
Mən əlbəttə dönəcəm Dostlarım, işlərimlə
Yarım ildən az çəkən gediş gəlişlərimlə
|