Vanya, Vanya, dolaşıram Parisi,
Nə karıxır, nə də bir yol azıram.
Daha dolub dəftərimin yarısı,
Gördüyümü qeyd edirəm, yazıram.
Gəlib kitab çıxartdırdım bəlkə də,
Ki, biz vallah, lazımıq bu ölkədə.
Yerlilərə uyuşammır gəlmələr,
Eh, günahkar özləridi, özləri.
Dillərində sınıq-salxaq kəlmələr,
Anlamırsan dedikləri sözləri.
Vanya, Vanya, elə bilmə yazığıq,
Biz Parisdə qab yumağa lazımıq.
Arvadım var - qulluğumda dayanıb.
Dostlarım da bir Pyerdi, bir də Jan.
İndi Eyfel qülləsindən boylanıb,
Aşağıya tüpürürəm, can ay, can.
Vanya, Vanya, elə bilmə yazığıq,
Vallah-billah bu ölkədə lazımıq.
...Yazı gördüm tualetin içində,
Rus dilində yazılmışdı özü də,
Vanya, Vanya, elə bilmə yazığıq,
Vallah-billah, biz burada lazımıq.
Vanya, Vanya, elə bilmə yazığıq,
Biz Parisdə qab yumağa lazımıq.
|