Lap az qalıb döyüşə.
Tanklar düşəcək işə
Top-tüfənglər dinəcək, partlayacaq qumbara...
Yanaşaraq səngərə,
Cavanca bir əsgərə
Balaca zərf uzatdı poçtalyon bu ara.
Məktub gəlsə anadan,
Ya sevgili sonadan
Əsgər elə bilər ki, yoxdu dava-şava da.
Elə ki, zərfı açdı -
O saat rəngi qaçdı;
Oğlan elə bildi ki, tutqunlaşdı hava da.
İnanmadı gözünə
"Toxtaqlıq vcr özünə!
Məndən sənə yar olmaz..." Moktub bitdi.
Vəssalam! Aşağıda naxışla
Yazmışdı ki: "Bağışla!
Bilmirdim ki, bu qədər gözləri yolda qalam".
Oğlan birdən çığırdı,
Poçtalyonu çağırdı:
"Bilirsənmi neylədin? Necə çəkim bu dərdi?
Yaraladın sən, axı -
Məni döyüşqabağı;
Gətirdiyin bu məktub güllədən də betərdi!"
Çiynində avtomatı
Dolaşıb addım-addım -
Səngər boyu elə hey qıy-qışqırıq qopardı.
İlk qəlpəyə tuş olub,
Yıxıldı bihuş olub;
Əlindəki məktubu külək alıb apardı.
|