Yavaş-yavaş dəyişir
Ta suların axsırı,
Ürək sinəmdən çıxır, Bacarmıram özümlə...
Budur, bir zabit gəldi
Yanında - konvoylan:
"Ey! Bəsdir dincəldiyin - Geyin, gedək bizimlə!"
Düşündüm, nəsə çıxar bəlkə, yalvar-yaxardan:
"Nə olar ey, siz məni ayırmayın Bahardan".
Ürəyimdə-həyəcan,
Yatırtdılar mayacan -
Məni qırx gün, qırx gecə.
Müstəntiq deyəndə ki:
"Tutmuşuq Katyanı da!"
Anladım ki, ta-heçəm... ''
Elə bil birdən-birə məni çəkdilər dara:
"Nəfəsliyi açm ki, baxa bilim Bahara".
"Taqqataq" taqqıldayır
Təkər altda rclslər;
Ycııə də gethagetdir,
Ycnə də - atıb-tutma.
Çırpınıb yaşıllaşan
Ağ qovaqlar, vələslər Deyir: "Bizi unutma".
Uşaqlar da heyrətlə boylanır ordan-burdan:
"Heç bu vədə adamı ayırarlar Bahardan?...
Gözlə-qaşla Katyaya
"Gəlsənə, qaçaq!" - dedim.
Katyasa qayıtdı ki: "İlişərik, ay qoçaq!"
"Axı, mən dözəmmirəm Baharsız yaşamağa!"
Onda Katya dedi ki: "Qaçaq deyirsən, qaçaq..."
Gecə tayqaya qaçdıq - Geriyə baxa-baxa.
Hər tərəf zümrüd meşə, hər tərəf - axar-baxar;
Sən bizi gülərüzlə qarşıladm, ay Bahar!
İkicə gün keçməmiş
İt salıb izimizə,
Bizi bircə andaca Övladlar quş kimi.
Burub əl-qolumuzu,
Sürüdülər palçıqda,
Sürüdülər - leş kimi.
Kimdir məni türmədən azadlığa çıxardan?!
Bu dəfə həmişəlik ayrı düşdüm Bahardan...
|