Taxsırımı necə danım mən, axı?
Necə oldu sayıqlığı itirdim?!
Özgələrdə axtarmaym günahı,
Dəstəmizə onu özüm gətirdim.
Elə bildim sənin, mənim tayımdı
Düşündüm ki, biznən vurub-tutacaq.
Nə biləydim, köpəyoğlu xayindi? -
Nə biləydim, bizi bir-bir satacaq?!
Heç bilmirəm necə keçdi məhkəmə...
Biz tutulduq, osa qaldı qıraqda.
Eh, dərdimi kimə açım, ta kimə? -
Büzüşmüşəm buza dönmüş barakda.
Gecə-gündüz qoruyuram özümü
Ki, salamat çıxa bilim türmədən.
Qəribliyə salmayın ha, sözümü;
Öləmmərəm cəzasını vermədən.
Gözləyirəm o günəşli gütıü mən,
Deyəcəyəm: "Di qurtarın sualıl -
Dəstəmizə mən gətirdim onu, mən;
Qoyun ondan qisası da mən alım..."
|