Dostlar, yenə uzatdılar vaxtımı...
Nə ağlayın, nə qaş-qabaq sallayın...
Yazı yazan qara yazıb baxtımı;
Heç olmasa, tez-tez məktub yollaym.
Necəsiniz? Tapılırmı araq-zad?
Burda hər yer başdan-başa qardı, qar.
Lap bezmişəm - gündüz işlə, gecə yat;
Amma orda yəqin təzə xəbər var.
Sizdən ötrü qəlbim olub lap yuxa.
Ətri hələ burnumdadı çöl-çösün.
Ərə-zada getməyibsə Nadyuxa -
Deyin, mənə məktub yazsın o özü.
Qorxum yoxdu, vallah, bircə tikə də!
Şad oluram alıb sizin məktubu.
Daha mənə vermədilər, bəlkə də;
Amma yenə tez-tez yazın məktubu.
|