Iqor Koxanovskiyo
Dostum gedir Maqadana -
Gülür üzü-gözü, gedir.
Yox! Yozmayın ayrı yana;
Özü gedir! Özü gedir!
Nə açığa-zada düşüb,
Nə bəxtindən küsüb gedir.
Eh, Maqadan yada düşüb:
Özü gedir! Özü gedir!
Kimsə dedi birdən çaşıb:
"inadmdan əl çək, qoçaq! -
Maqadanda addım başı
At oynadır quldur-qaçaq..."
"Sən dediyin qaçaq-quldur
Moskvada daha boldur!" -
Deyib onu qorxudana
Çıxıb gedir Maqadana.
Amma özüm... Niyə danım? -
Niyə girim başqa dona? -
Qorxumdanca vallah, canım,
Mən getmərəm Maqadana.
(Eh, bəlkə də dostum ilə
Çıxıb getsəm Maqadana,
Yatan bəxtim üzə gülər -
Duyğularım gələr cana).
Onu ora salıb yola
Sözdən çələng toxuyaram.
Asta-asta, bala-bala.
Maqadandan oxuyuram.
Nəyə görə gözüm dolsun? -
Gülür üzü-gözü, gedir.
Uğur olsun! Uğur olsun! -
Özü gedir, özü gedir.
|