Başım çıxmır bu nə olmaq istəyir? -
Gecə-gündüz çalıb-çapır ölkəni.
Məndən yaxşı yaşamağı bəs deyıl -
Bu yandan da qılınclayır kölgəmi.
Bir ton olar arvadının daş-qaşı...
Gərək deyib baş-beynini aparam?!
Mən də alsam o aldığı maaşı -
Moskvada lap uran da taparam.
Di yol göstər mən yazığa, bədbəxtə;
Baxarsanmı bir qıraqda sən durub? -
Dünən oğlu gəlib bizim mətbəxtdə
Olan-olmaz qab-qacağı smdırıb.
İndiyədək neyləyirdi - dözürdüm...
Indi, budur, qoçulanır gədəsi!
Paxıl deyir, - paxıl onun özüdür;
Canı çıxsm, qoy, haqqımı ödəsin!
Var-dövlətə qərq olubdu o tülkü,
Pul tapmıram mənsə araq almağa...
Eybi yoxdu! Onu elə ütüm ki -
Tövbə etsin mənlə qonşu olmağa!!!
|