Haçansa ürəyinə,
Birdən şübhə-zad damıb -
Sınamaq istəyəndə
Dost saydığın adamı,
Heç vurmayıb üstünü,
Risk eləyib dostunu -
Dağa apar özünlə,
Qoyma bir an gözündən.
Ayağı dəyən kimi
Ətəkdəki buzluğa,
Dostun qoysa özünü
Qorxusundan uzluğa -
Onu söyüb, danlama;
Pozulma heç zərrə də.
Axı, heç vaxt yer yoxdu -
Beləsinə zirvədə!..
Qaşqabaqlı olsa da -
İnciməsən dilindən,
Sən qayadan aşanda
Tez yapışsa əlindən -
Söykən onun çiyninə.
Daha alma eyninə -
Səni əzən şübhəni:
Get, fəth elə zirvəniü
|