Burda hər şey can üzür, burda hər şcy baş qatir
Burda hava qarışıq, burda iqlim başqadi,
Yay günündə qarşma birdən-birə qış çıxır.
Biz könüllü seçmişik bax, bu ağır peşəni;
Selin-suyun səsindən burda eamn üşənir, -
Ayağının altmdan addımbaşı daş çıxır.
Yox, istəyir lap belə ağzı ilə quş tuta,
Kim könül açmayıbsa zirvədəki sükuta.
Eh, deməli o adam bərki-boşu görməyib.
Sevilərək, sevərək yaşasa da doyunca
Əwəldən axıracan bütün ömrü boyunca -
Heç vaxt belə işıqlı qarlı qışı görməyib.
Əgər ölüb-eləsən birdən qayadan aşıb,
Nə qəbrinin üstünü dəbdəbəli başdaşı,
Nə də ki, dəstə-dəstə gül-çiçəklər bəzəyər.
Şöləsi çatmasa da sənə Ayın, ulduzun
Səhər günəş doğanda zirvələrin sal buzu -
Qəbrin üstə alışan gur məşələ bənzəyər.
Cəhənnəmə, arxanca nə deyirlər, dcsinlər
Amma biryolluq bunu bilməyənlər bilsinlər
Ki, içib ölmək hara, beləcə ölmək hara...
Onsuz da bir başqası rahatlıqdan vaz keçib
Dostlarının önündə dönə-dönə and içib -
Sən açdığm cığırla üz tutacaq dağlara.
Zirvəyə can atanda sən dayana-dayana,
Eh, daş-kəsək eəhənnəm, eh, qar-çovğun bir yana -
Addımbaşı qarşmı yalçın qayalar kəsər.
Kəndirini ehmalca boşaldanda belindən,
Dostların möhkəm-möhkəm yapışsa da əlindərı -
Yenə də həyəcandan qəlbin titrəyər, əsər.
Bir əlin daşdan tutub, ipdən tutub bir əlin
Əziyyətlə getdikcə addım-addım irəli -
Zirvəyə çatan kimi ağlayıb, diz çökərsən.
Sonra da hey süzərsən yaşıl yamacı, yalı;
Amma bir az keçməmiş zirvəsi ağ çalmalı -
Fətholunmaz dağların həsrətini çəkərsən...
|