Hə, bu da maşın scli, bu da qanşıq şəhər Bckarçıhq əlindən cana doyub gəlirik. Qalxdığımız zirvədən biz ensək do bir səhər Qəlbimizi dağlarda girov qoyub gəlirik. Əşi, boşlayın getsin bu yersiz söz-söhbəti; İndi hansı zamandır, indi hansı çağlardır?! Mən çoxdan dərk etmişəm bu sadə həqiqəti - Dünyada ən gözəl dağ - qalxmadığım dağlardır. Kim istəyər tək çəksin bədbəxtliyin yükünü? Kim səs verməz, görəsən, ürəyinin səsinə? Dağlardan enən zaman adam yanıb-tökülür... Eh, Allahlar da enib torpağm sinəsinə. Əşi, boşlaym getsin bu yersiz söz-söhbəti; İndi hansı zamandır, indi hansı çağlardır?! Mən çoxdan dərk etmişəm bu sadə həqiqəti, - Dünyada ən gözəl dağ - qalxmadığım dağlardır. Dağlar ətir çiləyər ürəkdəki gülllüyə, Dağlar bizi həmişə qucağına səsləyir. Kimi biryolluq enir, kimi də -bir illiyə; Axı, başqa çarə yox, - bizi şəhər bəsləyib. Əşi, boşlayın getsin bu yersiz söz-söhbəti; İndi hansı zamandır, indi hansı çağlardır?! Mən çoxdan dərk etmişəm bu sadə həqiqəti, - Dünyada ən gözəl dağ - qalxmadığım dağlardır!
© Namizəd Xalidoğlu. Tərcümə, ?