Hindistanda mədəniyyət at çapır! - Tamyırıq Şivasmı - zadı da. Bilirik ki, oralıdır Rac Kapur; Dildə gəzir yoqlarının adı da... Eh, bu yoqlar istəsələr - ac qalar, İstəsələr - hər gün yeyib-içərlər. Eh, yoq var ki, - Əzrayıldan bac alar; Yoqlar var ki, - qıl körpüdən keçərlər. Biz özmümüz hələ səsə salmırıq - Çox şeyləri hey ölçürük-biçirik. Yox! Yoqlardan geriyə də qalmırıq! - Gecə-gündüz araq-çaxır içirik. Eh, bu yoqlar kirimişcə dayanmır: Bax, birisi çarpayıya uzanıb, Düz üç ildir oyanmır ki, oyanmır! - O, yatmaqda təzə rekord qazanıb. Biləydim də bu yoqların sirrini... Deyirlər ki, bir şərəşür şəhərdə; Zəhərləmək istəyiblər birini, Yıxammayıb yoqu yenə zəhər də! Yoqlar üçün dərman olar acı söz; Onlar girib yata bilər su altda. Yoqa desən: "Nəfəs alma, bir az döz!"- Meyit olar o, deyilən saatda. Xoşbəxtlikdən bir yoq çıxdı qarşıma, (Sərxoş idi, - çeynəyirdi ülgücü!) - Dilə tutdum, and verərək başma: - Kimdir axı, sizə verən bu gücü!.. Sirri açıb məni saldı heyrətə: - Bu sirrdirmi? - Dalaşmışdıq az qala. Yoq deyəni danışardım millətə; Gəl ki, ona söz vermişəm, a bala!
                       
© Namizəd Xalidoğlu. Tərcümə, ?