Evimiz yanbayandır, pəncərəmiz üzbəüz,
Öz dərdimlə özümü yandırıram-yaxıram.
Xalamın mənzilindən boylanıb gecə-gündüz
Onun pəncərəsinə maddım-maddım baxıram.
Sübhə kimi alışır çırağı da o qızm...
Yüzcə qram arağa liftçi mənə danışdı -
Ki, onun aşnasıdır iki kino ulduzu, -
Hələ Taqankadakı artistlə də tanışdır.
JEK-dəki bir dostum da dil-boğaza qoymayır,
Məni harda görürsə danışır ki, "Qadası,
Bax, o qızm qardaşı "Spartak"da oynayır, -
Maliyyə nazirinin katibidir atası".
Mən də qayıdıram ki: "Yalan yoxdur sözümdə! -
Maliyyə naziriylə lap yaxından tanışam.
Həvəskar futbolçuyam Vallah, billah, özüm də;
Qardaşmm oynuna dönə-dönə baxmışam".
Rəngbərəng dibçək düzüb pəncərənin önünə
Üstəlik pəncərəyə tüldən pərdə asıbdır.
Eh, ağlayar kim olsa baxıb mənim günümə!
Bizim də pəncərəni qapqahn toz basıbdır.
|