Bu gün qonaq gəlmişdi mənə ilham pərisi. Bircə hovur dayanıb, tələsik çıxıb getdi. Özümə yer tapmıram - başıma vurub hirsim; Məni ilhamsız qoydu, evimi yıxıb getdi. Gedişinin sirrini nolardı, başa salsa? Bircə kəlmə söz ilə yəni dünya qopacaq? Bəlkə də qorxubdu ki, gecə yanımda qalsa Camaat səhər-səhər onu mənə yapacaq?! Bəs, onun adı deyil gəzən ağızda, dildə? Yox! Heç kəsin qəlbini mənimkitək sıxmayıb; Aylarla yatıb qalıb o, şair Blokgildə, - Puşkininsə evindən bayıra da çıxmayıb. Dayan görüm, gəlirmi misralarm gerisi? - Özün mənə kömək ol, özün mənə, Allahım. E-eh! İlham yoxdu da! - gedib ilham pərisi. Görəsən, nədən küsüb? Nədir, axı, günahım?! Bir azca dil tapsaydım o zalımm qızıyla - Vallah, qorxu salardım çoxlarmın canma! Görünür, oynamadım o pərinin nazıyla; O da ki, küsüb getdi başqasmm yanına. Əşi, çarə tapmıram. Əlacım nədi, axı? - Biryolluq soyusunmu aramız, qonşularla?! İlham pərisi üçün saxladığım konyakı, Dünən içib qurtardım yaramaz qonşularla... ...Az qalır ki, ürəyim qəmdən yanıb-yaxıla, Özü çıxıb getsə də məni dərdə salıbdır. Yox, yox! Acıq vermək də olar neçə paxıla. Çünki ondan yadigar bir cüt misra qalıbdır. O misralar od alıb ürəyimin odundan; Dahiyanə demişəm ey, dahiyanə! - Anla, qan. "Eh, hələ də yadımdadı, eh, hələ də yadımda - Sən qarşıma çıxdığın o ilahi, gözəl an".
       
© Namizəd Xalidoğlu. Tərcümə, ?