Hava elə safdı ki - heç nə olmayıb guya;
Təbiətin bu halı ürəyimə yatmadı.
Niyə hayan olmayıb göy meşəyə, lal suya? -
Dostum dünən döyüşdən salamat qayıtmadı.
Gah o məndən incidi, gah da mən ondan küsdüm;
Bəzən lap səhərəcən tasamız da yatmadı.
"Kim haqlıdı, kim haqsız?» - daha əlimi üzdüm:
Çünki dünən döyüşdən o geri qayıtmadı.
Özgələrdən danışıb mənə dinclik verməzdi -
Bəs niyə səhər məni yuxudan ayıltmadı?
Obaşdan duran kimi gözlərim onu gəzdi;
Ah! O dünən döyüşdən salamat qayıtmadı.
Mən hardan biləydim ki, onu ölüm güdürdü?!
Yox, nəfəsim qaraldı, yox, yox, havam çatmadı...
Sinəmdəki tonqalı sanki külək söndürdü -
Elə ki, o, döyüşdən salamat qayıtmadı.
Yaz havası giinəşdən bombolluca nur əmir.
Eh, görəsən yaddaşı kimləri yanıltmadı:
- "Bir papiros ver, çəkim!" - nə səs gəldi, nə səmir -
O dünənki döyüşdəıx salamat qayıtmadı.
Yox, yox! Bizim şəhidlər bizi qoymazlar darda;
Bizdə həlak olan da... yox, keşikdə dayanır!
Elə buna görə də meşələr-zad baharda -
Göyləri əks edərək, göy rənginə boyanır...
İki nəfər idik biz dünənəcən, düz iki;
O, mənə hayan idi, mən isə ona hayan.
Onun baxtı yatsa da, mənə elə gəlir ki, -
Mən özüməm, mən özüm - döyüşdən qayıtmayan.
|