Belə söhbət gəzir ki, tərk etmişəm ölkəni;
Atıb, arvad-uşağı küçələrə salmışam.
Olan-qalan pulum da guya çoxdan tükənib,
Yelisey çöllərində guya çaşıb qalmışam.
Qulağımla eşitdim tramvayda gedərkən:
"Yox, o gedib, o indi uzaqdadır, uzaqda...
Yaxşı ki, çıxıb gedib, - eana doymuşdu ölkə,
Qoy doyunea oxusun Versal sarayı haqda".
Bəzən də iki nəfər höcətləşir arxamda:
"Eh, o deyil, əzizim, di get soruş özündən".
Hara getsəm, həmişə yapışırlar yaxamdan, -
Harda olsam, çəkmirlər gözlərini üzümdən.
Biri də deyirmiş ki: "Hər gün qulaq asmışam,
Maqadanda o idi axı, türmə yoldaşım".
Guya bu yaxınlarda ona məktub yazmışam:
"Eh, sənsiz darıxıram, Parisə gəl, qardaşım!"
Burdan köçüb gctməyə, deyirlər ki, peşmanam
Parisi dolaşıram hey avara-avara.
Məhəl qoyan tapılmır guya orda heç mənə;
Qayıtmaqçün qalmışam ta yalvara-yalvara.
(Hərəniz bir kəhərin yalmanına yatın da!
Di nə dayanmısız, - çıxıb gəlin Parisə.
Qarşılayım mən sizi Zəfər tağı altında -
"Reno"da bağışlayım istəyiniz var isə).
Nə gəldi sarsaqlayır gədə-güdə, avara;
Adımı hallandıry istədiyi kimi, hərə.
Narahat-zad olmayın - getməmişəm heç hara,
Gedəsi də deyiləm, Ölsəniz də, heç yerə!
|