Yuxu yağır gözümdən,
Yavaş-yavaş açıram.
Bezmişəm öz-özümdən;
Bayaqdandı qaçıram.
Əşi, vaxtım nə gəzir
Baş çəkim dost-tanışa.
Tələsirəm, tələsir;
Eh, çıxmışam yarışa.
...Bruk ötdü yanımdan, -
Ağrı keçdi canımdan.
Bəs dünən demirdilər:
"Dostumuzdur Sem Bruk?!
Qvineyalı bizim Bruk..."
İstidən ilham alıb,
Bruk gəlib həvəsə.
Deyəsən ümid qalıb -
Ta ikinci nəfəsə.
Sən Aliah, dosta bax da!
Qaçır məndən qabaqda...
Bəs, niyə dünən hamı
O, səni gözlər dedi,
Tərifli sözlər dedi - Xain Sem Bruk haqda.
Arabir qaçır, nəsə -
O duruxa-duruxa.
Beşinci nəfəs gəlsə
Çata billəm Bruka.
Ta nəfəsim boğulub
Günəş göydən od saçır.
O, səhrada doğulub! -
Ona görə bərk qaçır.
Hünəri var sazaqda
Çıxsın mənnən yarışa.
Uzaqdadı, uzaqda -
Çatammıram oğraşa.
Sən allah, dosta bax da! -
Qaçır məndən qabaqda...
Nə idi onun adı? -
Hə, tapmışam - Sem Bruk!
Qvineyalı bizim Brut!
|