Qışqırdım ki: "Gözdən düşər ölkə-zad
Əldən versək bu şahmatın taxtını!"
Eh, yaxamdan yapışdılar o saat:
"Hə, bu dəfə gəl, sən sına baxtını.
Unutma ki, Fişer özü ulduzdur
Qoltuğunda - taxta yatır, yatanda.
Deyən yoxdu - o haçansa uduzdu..."
Yox! Qorxmayın, ürəyim lap bumbuzdur;
Baxarsınız, mən atımı çapanda.
Hələ gücdən düşməyib, -
Daş kimidir əzələm.
Bəzəkli topları da
Barmağımla əzərəm!
Futbolçumuz öyrətdi ki: "Tez coşma,
Qorxma, Fişer bələd deyil gücünə.
Geri baxma, mərkəzə də baş qoşma;
Hücum vaxtı kənardan keç hücuma".
Xokkey-zad da oynamışam lap qışda,
Çimə-çimə azaltmışam çəkimi.
Fərqlənmişəm yüzmetxlik yarışda...
Siz Fişerə xəbər verin bu başdan -
Çıxacağam qabağma nər kimi.
Zindan kimi ovucum,
Dəmir kimi əllərim"
Həm gözəl atlarımdır,
Həm də güclü fıllərim!
Boksçumuz söylədi ki: "Di dinlə!"
Tez-tez onun hey başmı qarışdır.
Zərbə alsan - nə hay-küy sal, nə inlə;
Zərbə vursan - düz alnmdan alışdır".
Görərsiniz, dağ çəkəcəm hərifə! -
Eh, gücümdən xəbərdaram mən özüm...
Mənnən bilyard oynayanda bir dəfə -
Oyunumu tərifləyib Tal özü:
"Əhsən, qardaş"! Daha sənə nə sözüm?.."
Hələ gücdən düşməyib, -
Daş kimidir əzələm!
İstənilən fiquru
Barmağımla əzərəm!
Aşbaz mənə süfrə açıb bufetdə
Dedi: "Qorxma, istəyinə çatarsan.
At bir yana, bu iştahla sən, hətta
Rəgibini diri-diri udarsan.
Get, hazırlaş... Yetişibdir vaxt daha.
Pasxanı da yaxşı keçirt orada.
Çoxlu bişirt sən piroqu -zadı da;
Düz işdirmi? -Sən yeyəsən, o baxa!
Şiferi də qonaq elə arada".
Bezmişəm gözləməkdən,
Vaxt da ötmür tərs kimi.
...Peşka kimi yatıram, -
Oyanıram - ferz kimi.
|