Əvvəlcədən qurublarmış taxtanı - Çatan kimi əyləşmişik üz-üzə. Şəkilçəkən yaxşı məqam axtarır, Jurnalistsə - sual verir hey bizə. Vallah, məni düşündürmür şəkil-zad; Balam, mənim jurnalistlə nə işim?! Əşi, oyun başlayacaq bu saat - Nə olacaq bəs birinci gedişim?!   Püşkü udub Fişer güldü. Gülər də! (O, ağlarla oynamaqda ustadır). Daşı çıxdı e 2-dən e 4-ə... Gözü - məndə, qulağı da səsdədir. Seva! Qardaş, hayandasan sən, axı? Göylərimi qara bulud alıbdır. Nə oynayım?.. Xatmmda bir-şahin, Bir də - atm gedişləri qalıbdır.   Zavoddakı dostum düşdü yadıma; Keçdiyi dərs kara gəldi, doğrudan... Əsə-əsə təpinsəm də atıma - Təzə gediş kəşf elədim qorxudan.
         
İndi tez-tez xatırlayıb aşbazı Dönə-dönə yoxlayıram vaxtı da. Qədəh olsa qaralarm peşkası Hər şey çoxdan həll olmuşdu taxtada. Hey oynadır əlindəki çəngəli, Yox, udmasam, Fişer udar ferzi də!.. Araq ola, yanında da xəngəli; Içmək ola nola, oyun ərzində. Qayğanaqdır gələn gündən yeməyim; Qarnım "qur-qur" quruldayır acından. Qorxuram ki, daşı-maşı görməyim, - Əlim çıxa şahmatın da tacından.   ...Bcyqafıldan əle alıb oyunu Dayanmadan haray saldım "şahaşah". Gəlin, süzün, di Fişerin toyunu, Gəlin, burda kefə baxın, siz Allah'. Yerə-göyə sığışmırdı tərifi... Nə dinməyə, nə gəzməyə halı var. Yox, yazıqdır, çox sıxmayım hərifi! - Hələ tezdir, oyunların dalı var.   ... İndi də mən kirimişcə durmuşam, - İndi də mən aşammıram həddimi. Hindsayağı müdafiə qurmuşam; Pakistantək hey dağıdır səddimi. Zərər yoxdur, o - Fişerdir, mən də - mən! Əgər məni hədələsə mat ilə Həmin anda onu salıb fəndə mən - Təpəsini yaracağam at ilə.   Anlamışam günahımı, suçumu; Bəsd ir daha! Sohv buraxmaq bəs olar. Gərək bir az gücləndirim hücumu; Cəhd eləsəm, peşkam dönüb ferz olar. Fit çalaraq qarışdırır başımı, Güləndə də - az qalır ki, keçinə... Eh, görməyib ikipudluq daşımı - Bələd deyil qollarımın gücünə.   Gördüm ki, yox, uda bilər oyunu: "Sənmi mənə şah verirsən, şah!" - dedim. Tez-tələsik peneəyimi soyunub - "Di bəri bax, qalx ayağa! Qalx!"- dedim. Elə ki, mən ona sarı yeridim, Salon boyu hamı susdu, kiridi... Soruşdum ki: "Necə dedin sən, necə?" Ə, bu Fişer lap qorxağın biridir; "Qardaş - dedi, - heç-heçədir, heç-heçə..."
© Namizəd Xalidoğlu. Tərcümə, ?