Macal-zad da tapammadım qaçmağa...
Yox! Yaxamdan yapışaraq yenə də
Qoymadılar heç ağzımı açmağa -
Qurd ovuna apardılar məni də!
Küknarlıqda parıldayır lülələr;
İndi hərə harda gəldi, gizlənir.
Qurd qaçdıqea hey açılır güllələr -
Nə bir qayda, nə də qanun gözlənir.
Sürəkçilər qana-tərə batırlar,
Hara baxsan - qurd dərisi bozarır!
Yox! Ovçular yaman sərrast atırlar;
Qar üstündə qurdun qanı qızarır.
Qova-qova gətirdikcə qurdları
Bayraqlarla bəzədilmiş sahədə -
Tüfənglərin lüləri odlanır,
Gülləbəran şiddətlənir daha da.
Fərqi yoxdur, ya erkəkdir, ya dışi,
Körpəlikdən öyrədilir qurdlara
Ki, heç zaman pozmasmlar vərdişi -
Çıxmasınlar bayraqlıqdan kənara.
Sürəkçilər qana-tərə batırlar,
Hara baxsan - qurd dərisi bozarır.
Yox! Ovçular yaman sərrast atırlar;
Qar üstündə qurdun qanı qızarır.
Atmaq olmaz qadağana çatanda!
Sən ey başçı! Qayda-qanun hanı, bəs?
Necə gəldi, atırıq biz, atanda;
Cınqırmı çıxartmır heç, bircə kəs.
Nə olsun ki, qurd pozammır vərdişi...
Eh, şükür ki, mənim vaxtım qurtardı;
Yaxmlaşıb, nəzarətçim sərt kişi -
Gülə-gülə tüfəngimi apardı.
Sürəkçilər qana-tərə batırlar,
Hara baxsan - qurd dərisi bozarır.
Yox! Ovçular yaman sərrast atırlar;
Qar üstündə qurdun qanı qızarır.
Gülləbəran şiddətlənib daha da
Bu qurd ovu qırğm deyil, bəs nədir?
Aralandım bu günahkar sahədən -
Təəccüblə hamı məni səslədi.
Ötüb getdim yanlarından yeltəki;
Qoçaq varsa, qoy yolumu bağlasın!
Daha bu da dünənki - zad deyil ki -
Kimsə məni güclə tutub saxlasın?!
Sürəkçilər qana-tərə batırlar,
Hara baxsan - qurd dərisi bozarır.
Yox! Ovçular yaman sərrast atırlar;
Qar üstündə qurdun qanı qızarır.
|