Mişka Şifman ağıllı, həm də uzaqgörəndir Bir gün məni çağırıb Düz üzümə dirəndi: "Bəsdir ta televizora qalmışıq baxa-baxa; İsrailə getməyin Vaxtı çatıbdır daha". Mnovniki yolunda Mişka yenə alışdı: "Bilirsən, Qolda Meir - Radioda danışdı..." Mişkanı dinlədikcə Az qaldı ağlım çaşa; Quş olsaydım, uçardım Təl-Əvivə birbaşa. Amma birdən ayıldım, Dedim: "Gedərdim ancaq Həvəsimi öldürüb Moşc Dayan - kor qancıq: O, yad torpağı tutub, Bir xalqı salıb dərdət Gedib necə yaşayım - Haqsızlıq olan yerdə?" Mişka vurub araqdan Vəcdə gəldi bir anda: "Bəs yaxşı olurdumu - Bizi ərəb qıranda? Deyəsən, heç xəbərin Yoxdur sənin bu sirdən; Bir zamanlar qovublar Onlar bizi Misirdən..." Mişka birdən duruxub Dedi: Tərsliyi burax! Axı, sənsiz darıxıb - Orda ölərəm, vallah. Çoxunu çaş-baş qoyub Burda gözdon itək biz; Mnovnıkə quş qoyub Təl-Əvivə gcdək biz". Cavabımdan sarsılıb, Mişka kiridi, susdu: Pasportumda yazılıb; Milliyyəti-urusdur. Orda yoxlayan olsa - Ilişərəm, bataram. Qarışığım varsa da, Uzaqbaşı - tataram. Amma sənə nə var ki? - Adlı-sanlı nəsliniz... Həm də ki, başdan-başa Yəhudidir əsliniz! Məni ora qoymazlar, Yaxşı bilirsən sən də - Babam antisemitdi; Antisemitəm mən də. Sənətindən söz açdım, - Dədim bəlkə çəkinə; Orda iş də tapılmır Deyəsən, heç həkimə Tanış-zad da yoxdur heç Dərdimizi bölməyə, Getsək - bil ki, gedirik - Biz acından ölməyə.
       
Mişka qışqırdı: "Kolya! - Buralar bayağıdır Amma orda dəniz də İsrailsayağıdır". Qorxdum Mişka qızışa, Çıxa işin xatası. Tez dilləndim: "Gəl gedək! Di sakit ol, qadası." ...Yüz adamın içindən Məni seçib ayrıca, Dedilər ki, təkcə sən Gedəcəksən xaricə. Mişka coşdu: "Bu nədir? - Mən - cuhudam, osa - rus. Mişkaya dedilər ki: Bas bayıra, həm do sus. Hara gəldi üz tutdu, Harnıya ağız açdı. Eşitdiyi cavabdan Mişka karıxıb, çaşdı. Daha susdu, kiridi, Ta çatıldı qaşları - Sən demə, İsrailə Qoymurlar alkaşları.
© Namizəd Xalidoğlu. Tərcümə, ?