Eh, bu gün də vaxtımı boş-boşuna iürdim, -
Dcməli bu günüm də ötəsidir havayı.
Stüardessa yenə də qəmli xəbər gətirdi:
- Hər yana uçmaq olar, Odcssadan savayı.
Murmansk tərəfdə nə bulud var, nə duman;
İstəyirsən bu saat uçub get Aşqabada.
Kiyevə, Kişinyova yol açıqdır, bay amanl -
Odessaya uçan reys qalıbdır başqa vaxta.
Hər dəfə dərdli-dərdli boylandıqca mən göyə
O andaca böyürdən bir söz alır qulağım:
- Burda yatıb qalarsan Odessa deyə-deyə;
Əşi, buz bağlayıbdır orda uçuş zolağı.
Tiflislilər uçdular, - eh, Tiflisə nə sözüm;
Orda qış da, payız da baharı salır yada!
Bərəlməsin-neyləsin heyrətimdən bəs gözüm -
Biləndə ki uçuş var bu saat Leninqrada?
Sərnişınlər bir ucdan hcy qanad açıb gedir;
Bizimsə reysimizi salan yoxdur heç saya.
Budur, rostovlular da Rostova uçub gedir! -
Mən isə uçammıram yenə də Odessaya...
Uçmaq istədiyim yer itib-batıb dumanda.
Güman var ki, oraya hələ sabah qar yağa...
Amma hava açıqdır hər tərəfdə, hər yanda -
Hamı da uçub gedir gözlərim baxa-baxa.
Elə yerə uçurlar, orda hər yan palçıqdır...
Odessaya gedənlər gəl ki, qalıb ortada.
Lazımsız olduğundan Parisə yol açıqdır, -
Təyyarə qəbul edir Vladivostok portu da!
Moskva - qoymur uçaq, "gəl-gəl" demir Odessa
Əşi, qəlbim sıxılır, əşi, halım ağırdır.
Qəfıldən zala girib pərişan stüardessa -
Hamımızı adbaad təyyarəyə çağırdı.
Motorlar gurlayanda özümə gəldim bir az,
Amma yenə elo bil, oturmuşam od üstə.
Yox! Təyyarə tərpənmir, - deyirlər uçmaq olmaz.
Guya qəbul eləmir təyyarəni Odessa.
Uçmaq istədiyim yer, deyirlər ki, dumandır!
Güman var ki, oraya hələ sabah qar yağa.
Dalbadal uçub gedən - Dehlidir, Maqadandadır;
Eh, hamı uçub gedir gözlərim baxa-baxa.
Həyatımdan doyuram, canımdan da bezirəm,
Bu "Moskva-Odessa"lar qaraldıb qanımı.
Danışdıqca nədənsə, qəmli-qəmli süzürəm -
Odessanın gözəli stüardessa xanımı.
Salondan çıxarırlar yenə yazıq milləti -
Bunlarm əməlindən çətin ki, baş açasan.
Bir dəli şeytan deyir, dəyişdirib bileti
Bu dəqiqə, bu saat hara gəldi, - uçasan.
|