Mixail Xergianinin xatirosinə
Böyrün-başın sal buzlarla doludu,
Hələ gözün zirvəni də pis görər.
Dağlar yatır uda-uda buludu, -
Dağlar yatır qar püskürə-püskürə.
Duyuq düşsə - çəkməz səndən gözünü;
Gərnəşərək üfüq boyu qol açar.
Görməzliyə qoyar əvvəl özünü,
Əwəl-əwəl özü sənə yol açar.
Bir gədikdə düşmən kimi qarşılar;
Dağlar bilir - sən onlara bəlasan.
Yolun üstə qar uçqunu aşırar -
Qəfildəncə karıxırsan, qalarsan.
Yalvararsan-yaxararsan küləyə
Ki, səsini hara gəldi hey yaya.
Qayaları səsləyərsən köməyə;
Harayına haray verər bir qaya.
Gədik üçün girişəndə davaya
Dağlar hər bir addtmını izləyər.
Qar uçqunu sovrulanda havaya
Qaya səni arxasında gizləyər.
Eh, arxanca nə desələr, yalandı!
Nahaq yerə əsəblərin gərilər.
Buz əriyər sən zirvəni alanda, -
Duman tültək ayağına sərilər.
Əgər ölsən bir qayadan sən, aşıb, -
Onda dağlar kövrələcək, dolacaq.
Son məskənin - bir dərənin ağuşu,
Başdaşmsa - zirvə özü olacaq.
|