Aha, deyəsən daha titrəmir əlim-zadım -
Yuxarı qalxım daha.
Yox! Deyəsən biryolluq açıldı dilim-zadım -
Zirvəyə baxa-baxa.
Məni saxlaya bilməz bu sürüşkən qaya da!
Qorxutmaz məni soyuq...
Axı, yaxşı bilirəm, bu qarışıq dünyada
Fəth olunmaz zirvə yox.
Deyəsən, kəsməyəcək bayaqdan yagan qar da;
Tamam ağarıb saçım...
Bu əlçatmaz, ünyetməz, daşkəsəkli diyarda
Qoy mən də cığır açım!
Ayağımm-izini, əlimin-inadmı
Bağrına bassm dağlar.
Beləcə, birdəfəlik qoy mənim də adımı -
Köksünə yazsın dağlar...
Gecə-gündüz sayrışan qarın, buzuıı altında
Yal-yamaclar uyuyur.
Kimlərinsə izini özünün sərt qatında -
Qranitlər qoruyur.
Arabir heyranlıqla hey boylana-boylana
Zirvəyə baxır gözüm;
Müqəddəs saflığına hey inana-inana -
Bir qarın, bir də sözün...
Yadımdan çıxan deyil - ötsə də neçə illər,
Keçsə neçə çağlar da;
Ürəyimi gəmirən qara-qura şübhələr
Yoxa çıxdı dağlarda.
Haçan yola çıxmışdım? Hə, çərşənbə günündə.
Birdən yadıma düşdü;
O gün arxadan axan su dil açaraq önümdə -
"Uğur olsun" - demişdi...
|