Bu dumanın dalında möcüzələr gizlənib
Əlimiz yetmədikcə, hcy qaşımız çatılar.
İki yol cəhd clədik biz, sıraya düzlənib;
Yox! Geri dönmək olmaz - üçdən deyib atalar.
Müdriklərin sözünü
Xatırladım bu anda:
"Döyə-döyə gözünü -
Çaşıb qalma dumanda!"
Bir zamanlar qoruyub dərd-bəladan, qayğıdan -
Düşmənlərin əlindən azmı alıbdır bizi?
İndisə yalvarırıq: "Duman, gəl, get tayqadan"-
Bəs deyilmi bu qədər bağladın yolu-izi?!"
Müdriklərin sözünii
Xatırladım bu anda:
"Döyə-döyə gözünü -
Çaşıb qalma dumanda!"
Işə salıb bu saat schirini, sirrini;
Əşi, təbiət özü - ovsunçudur, şamandır.
Hünorin var, di axtar, tap qızılm ycrini! -
Özü də keşikdəki dünyagörmüş dumandır.
Müdriklərin sözünü
Xatırladım bu anda:
Doyə-doyə gozunu -
Çaşıb qalma dumanda!"
Eh, qoymayaq sönməyə üprəkdəki həvəsi
Əşi, irəlidədir qələbə, irəlidə!..
Cəsur insan inadı, cəsur insan nəfəsi
Təkcə dumanı deyil, buludu da əridər.
Müdriklərin sözünü
Xatırladım bu anda:
"Döyə-döyə gözünü -
Çaşıb qalma dumanda!"
|