Bu gün çatıb göndordiyin kiçik zərf;
Nəyə laxım day bu qodər hay-həşır?!
Ay əzizim, başa düş ki, Uzaq Şərq
Doğrudan da, uzaq şərqdə yerləşir.
Düz sözümdü, arxaym yat - yatanda;
Nahaq yerə dizini dərd qatlayır.
Onu bil ki, günəş orda batanda -
Burda hələ təzə-təzə çırtlayır.
Okean da danışır öz-özünə;
Sakit adı ona yaman yaraşır.
Hərdən-birdən pıçıltılı səsinə -
Gəmilərin fit səsləri qarışır.
Düz sözümdü, arxaym yat - yatanda;
Nahaq yerə dizini dərd qatlayır.
Onu bil ki, günəş orda batanda -
Burda hələ təzə-təzə çırtlayır.
Fikir vermə gədə-güdə sözünə;
Onlar səni qorxuzmağı xoşlayır.
Lap yaxınıq Saxalinin özünə -
Yer kürəsi elə bürdan başlayır.
Düz sözümdü, arxaym yat - yatanda;
Nahaq yerə dizini dərd qatlayır.
Onu bil ki, günəş orda batanda -
Burda hələ təzə-təzə çırtlayır.
O torpaqla bu torpaqda yoxdu fərq...
Məktub yazmaq yormadımı qo\unu?!
Vallah, billah uzaq dcyil Uzaq Şərq:
Yanıma gəl, gözloyirəm yolunu.
Bu məktubum gəlib sənə çatanda,
Tərk eləyib sən də doğma yerləri -
Gəl, bir vaxtda yataq axşam, yatanda;
Gəl bir yerdə qarşılayaq səhəri.
|