Azarkcşlər gah qışqırır coşaraq,
Gah da birdən səslərini kəsirlər...
Bizimkilər addııxıbaşı çaşaraq -
İnsaydgilin qabağında əsirlər.
Insayd mənə dəfələrlə ilişib;
Sol tərəfdə tez-tez çıxıb qarşıma,
Qabağımda gah atılıb, gah düşüb -
Topsuz-zadsız oyun açıb başıma.
Budur, yenə meydançaya yayılıb
İnsaydgil arxayınca gəzirlər.
Bizimkilər təzə-təzə ayılıb
Rəqiblərin qabağını kəsirlər.
O, qol vurdu uçan topu haqlayıb;
Axx! Meydanda kirmişcə durardım?
Məşqçi məni ehtiyatda saxlayıb,
Yoxsa, onun qıçlarını qırardım.
Azarkeşlər gah qişqırir coşaraq,
Gah da birdən səslərini kəsirlər.
Bizimkilər addımbaşı çaşaraq
İnsaydgilin qabağtnda əsirlər.
Öy veriblər o dikbaşa, iovğaya,
Eybi yoxdur, əşi buna dözərəm.
Amma məni salmasalar yığmaya -
Vallah, onun boğazmı üzərəm!
Azarkeşlər gah qişqırir coşaraq,
Gah da birdən səslərini kəsirlər.
Bizimkilər addımbaşı çaşaraq
İnsaydgilin qabağtnda əsirlər.
Yox! Gözümə görünmür ta türmə-zad.
Görərsiniz, qurtarantək oyunu,
Yapışarıq yaxasmdan o saat -
Çırpacağam qoyun oğlu qoyunu!
...Budur, yenə meydançaya yayılıb
İnsaydgil arxaymca gəzirlər.
Bizimkilər təzə-təzə ayılıb
Rəqiblərin qabağını kəsirlər.
|