Əl-qol atdım - tribunada bu saat
Eşidilər, vızıldasa çibin də.
Allah haqqı - kimdir ki, Cons, Kramer-zad?
Rekord mənim cibimdədir, cibimdə!
Eh, hazıram çəkicləbir uçmağa
istəyirəm - nərə çəkib, səs salam,
Yox! Qoymurlar öz həddimi aşmağa -
Deyirlər ki: "Çəkici at! - Vəssalam..."
İtalyada yarışıram hayıf ki...
Oyümüzdə istəyimə çatardım;
Başım üstə fırlayaraq, çəkici -
Əlçatmayan yerə-yurda atardım.
(Bir zamanlar dəmirçiydim, dəmirçi;
Silə-silə üz-gözümün tərini,
Düşünərdim, - hara atım çəkici
Ki, axtarıb tapmasınlar yerini...)
Lovğalanıb niyə yalan satım ki...
Kim istəməz arzusuna çatmasın?
Gələn dəfə bunu elə atım ki, -
Ta yerini heç it-zad da tapmasın...
(... Fit səsləndi, işarə də verildi;
Toplayaraq olan qalan var gücü,
Kirişlənmiş kaman kimi gərildim, -
Lap uzağa tolazladım çəkici).
İncitməyi xoşlamıram heç kimi, -
Müxbir qardaş, di bəsdir də, usandım
Bu uğuru- ailəmin, məşqçimin,
Dost-tanışm sayəsində qazandım...
|