Eşitdinmi diktor deyən sözləri,
Demirdimmi, bizi saya salarlar?!
Bişovetsi italyanlar özləri,
Milyona da satsaq, vallah, alarlar.
Amma kral Peledir! -
Yaxşı saxla yadmda;
Krem də buraxırlar
Hələ "Pele" adında...
Baxma, Mura prokuror iş açıb;
Ingiltərə yenə ona əl çalır.
Bizdə isə lap ən yaxşı fiıtbolçıı -
Bir milisin qabağında alçalır.
Amma kral Peledir! -
Yaxşı saxla yadmda;
Krem də buraxırlar
Hələ "Pele" adında...
Savadsızın birisidir özü də -
Bizdə olsa, bazarda su satardı:
Gəl ki, görsə o birisi gözü də
Tostaonun qolu 1000-ə çatardı.
Amma kral Peledir!
Yaxşı saxla yadında;
Krem də buraxırlar
Hələ "Pele" adında..,
|