Ağır yükü götürərək boynuma,
Ayıq-sayıq dayanmışdım qapıda.
Hamı o gün mat qalmışdı oynuma;
Qaytarırdım ən ümidsiz topu da.
Rəqiblərə veriləndə penalti
Reportyorlar yoxa çıxdı arxamdan.
Aparatı mənə sarı yönəldib,
Amma biri əl çəkmirdi yaxamdan.
Topu aldım hücumçunun başından;
Yerə-göyə sığışmırdı ədası.
"Qol keçirmək istəyirdin Yaşindən? -
Belə toplar keçməz məndən, qadası".
Tuta-tuta neçəsinin topunu
Rəqiblərin sinəsinə dağ çəkdim.
Mən beləcə qoruduqca qapını -
Reportyor hirslənərək "ah" çəkdi.
Dilləndi ki: "At tərsliyin daşını;
Bu oyunu bütün dünya izləyir.
Kim çəkərsə qol buraxan Yaşini
Bilirsənmi, onu nələr gözləyir?!"
Dinmədikcə çıxarırdı ağını...
Yenə zərbə!.. Yox, vaxtmda atıldım.
"Yedin axı, iirəyimin yağını;
Oğlan yenə şəkilimi batırdın".
"Əziz yoldaş, ah-zad çəkmə, bura bax! -
Ağır sözlər çıxa bilər dilimdən.
Necə yəni, bircə dənə qol burax?!
Qol buraxmaq gəlmir mənim əlimdən..."
İstədi ki, mənlə bir az gənəşə;
Yaxınlaşıb sığalladı kəklimi.
"Söz verirəm, bir qol burax, həmişə
Müftə çəkim nəslinizin şəklini.
Eşit məni, bax, o topu ta tutma".
"Qol buraxsam, - qollarımı qıraram!"
"Yalvarıram, xahişimi unutma! -
Ömrüm boyu qulluğunda duraram..."
"Qol buraxsam, ayaqlanar şərəfım;
Ayrı yerdə gedib axtar tayını..."
Dostlarımı səslədim ki, hərifın
Birdəfəlik versinlər qoy, payını!
"Bir qoldur da! - Buraxmırsan, buraxma;
Bundan ötrü gərək hay-küy salasan?!
Amma mənim təklifimə pis baxma! -
İstəyirəm, yaddaşlarda qalasan".
Külək əsdi, top qəfildən buruldu, -
Qol buraxdım lap oyunun sonunda.
Reportyorun kefi-zadı duruldu;
Daha işi düzəlmişdi onun da.
Reportyor bağışlayan fotoya
Baxan kimi, rəngim-rufum saralır.
Evimizdə sükut çökür ortaya,
O andaca qanımız da qaralır.
Gecələr də yuxum göyə çəkilir,
Özümün də zəhləm gedir özümdən.
Eh, minlərlə, milyonlarla şəkilim
O zamandan tamam düşüb gözümdən.
Dilə tutub, qata-qata başını
Bax, beləcə sındırdılar Yaşini...
Innən belə neçə-neçə top tutam,
Yox, atsam da lap futbolun daşını
Ağlım kəsmir, o şəkili unudam...
|