Bayaq dil-dil ötürdün, bəs, niyə birdən susdun?
Sualların qəlbimi təzə-təzə isidir.
Bəli! Mənim arvadım milliyyətcə urusdur.
Bəli! Mənim arvadım fransız təəbəsidir...
Yox, yox! Çoxdan atmışam - içki hara, mən hara;
Tamam çıxıb yadımdan vallah, arağm dadı.
Təzədən evlənməkçün gəlməmişəm qərara.
Amma hələlik yoxdu mənim məşuqəm-zadım.
Mən elə uşaqlıqdan söz-söhbətə hərisəm.
Vallah, doğru sözümdü, soruşun, cavab verim.
Yox! Hələ fıkrim yoxdu köçüb gedim Parisə.
Bayaqkı tərəfdədir yenə yaşayış yerim.
Sorğu-sual qəlbimi təzə-təzə isidir;
Qorxmayın, incitmərəm bundan ötrü heç kimi.
Mənimçün fərqi yoxdu, mənimçün hamsı birdir -
Etiraf edəcəyəm hər şeyi keşiş kimi.
İslanmışın yağışdan nə qorxu-hürküsü...
Di buyurun, soruşun, istənilən barədə.
Qıpqırmızı qızardı arada bir tülküsü:
- Xəyanət etmisinizmi ömrünüzdə arvada?!
Bayaqdan duymuşdum ki, əsas sual daldadı:
Küncdəki dinən kimi gözlənən tufan qopdu:
- Yazdığınız mahnılar bəzən bizi aldadır,
Çoxları söyləyir ki, yazdıqlarınız gopdu...
- Xoşum gəlmir heç zaman mənim Ezop dilindən.
Yox! Nə elə miskinəm, nə də ki, elə bütəm.
Ağrıdan yazıramsa - xəta çıxıb əlimdən;
"Yoxsulam" deyirəmsə - doğrudan da lümlütəm.
Mən elə uşaqlıqdan söz-söhbətə hərisəm.
Vallah, doğru sözümdür, soruşun, cavab verim.
Yox! Hələ fıkrim yoxdu köçüb gedəm Parisə.
Yox! Bayaqkı yerdədir yenə yaşayış yerim.
|